Azərbaycan polisi AMERİPOL-da müşahidəçi statusu əldə edib

  • Müəllif: Firuzə
  • 08 Sentyabr 2026 19:34

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində (AMERİPOL) müşahidəçi statusu əldə edib.

Gununsesi.info  xəbər verir ki, yeni status Azərbaycan polisinin beynəlxalq hüquq-mühafizə əməkdaşlığı çərçivəsində imkanlarını daha da genişləndirir.

Bu status üzv dövlətlərin aidiyyəti qurumları ilə məlumat və qabaqcıl təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaq.

Əməkdaşlığın genişləndirilməsi xüsusilə transmilli mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri və digər müasir təhdidlərə qarşı birgə mübarizənin gücləndirilməsinə xidmət edəcək.

Gununsesi.info