“ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini imzalayacağına söz verib”.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib.
“Qaydaları təsdiqlədik, indi qanun layihəsi üzrə son səsvermədən əvvəl tam müzakirə aparmalıyıq. Sənəd artıq Senat tərəfindən təsdiqləndiyindən, Nümayəndələr Palatası onu qəbul edərsə, dərhal imza üçün Prezidentə göndəriləcək. Prezident artıq onu imzalayacağına söz verib”, – konqresmen deyib.
Maykl Makkol sənədi “Rusiyaya qarşı ən sərt sanksiyalar qanunu” adlandırıb.
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar üzrə qanun layihəsi ilə bağlı prosedur qətnaməsini təsdiqləyib. Qətnamənin lehinə 214, əleyhinə isə 211 qanunverici səs verib.












