Belarus Ukraynanın nüvə təhlükəsizliyi ilə bağlı qərarına reaksiya verib

  • Müəllif: Orxan
  • 21 Sentyabr 2026 17:00

Ukrayna Kiyevin radiasiya təhlükəsizliyi üzrə əməkdaşlıq müqaviləsindən çıxması ilə bağlı Belarusa rəsmi bildiriş göndərməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov bildirib.

“Belarus tərəfi bu qərar barədə diplomatik kanallar vasitəsilə rəsmi bildiriş almayıb, baxmayaraq ki, müqavilənin şərtlərinə əsasən, bu cür bildirişin alınmasından altı ay sonra qüvvədən düşəcək”, – deyə o bildirib.

Diplomat həmçinin qeyd edib ki, Belarus Xarici İşlər Nazirliyi Ukrayna tərəfinin bu qərarından dərin təəssüf hissi keçirdiyini bildirib.

Maqsud

Gununsesi.info