“Həmin verilişdən sonra hakimlərin tərcümeyi-halları rəsmi saytlardan silindi”

  • Müəllif: Şəbnəm
  • 29 Sentyabr 2026 00:05

Vəkil Əkrəm Həsənov mərhum jurnalist Əvəz Zeynallı ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info xəbər verir ki, Əkrəm Həsənov sosial şəbəkə hesabında paylaşım edib.

O Əvəz Zeynallının peşəkarlığından, onun apardığı verilişlərdə müzakirə olunan məhkəmə-hüquq sistemi və hüquq təhsili ilə bağlı məsələlərdən danışıb.

“Əvəz Zeynallı milli jurnalistikamızın ən peşəkar və vicdanlı simalarından idi. Onunla cəmi iki dəfə görüşmüşəm – apardığı verilişlərində. 2022-ci ildəki ikinci veriliş məhkəmə-hüquq sistemimiz haqqında ən kəskin və açıq söhbət idi. Həmçinin hüquq təhsili və elmini, hakimlərimizin xeylisinin hüquq üzrə yalnız ikinci ali təhsilə malik olduğunu müzakirə etmişdik. Məhz həmin verilişdən sonra hakimlərin tərcümeyi-halları rəsmi saytlardan silindi və indiyədək də gizli saxlanılır. Allah acı həqiqətləri xalqına aşkarlamış Əvəz bəyə rəhmət eləsin”. 

 

 

Günay

Gununsesi.info