Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü

  • Müəllif: Firuzə
  • 11 Oktyabr 2026 10:39

Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Gununsesi.info  report-a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info