“Qarabağ” və “Neftçi” qarşılaşdı

  • Müəllif: Firuzə
  • 17 Oktyabr 2026 22:25

Azərbaycan Premyer Liqasının VIII turunda “Qarabağ” və “Neftçi” komandaları arasında matç başa çatıb.

Gununsesi.info  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Qonaq komandanın heyətində Qustavo Klisman 11-ci və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib. “Neftçi”nin üçüncü qoluna 52-ci dəqiqədə Draqolyub Saviç imza atıb. Ağdam klubunun heyətində isə 18-ci dəqiqədə Aleksey Kaşuk, 89-cu dəqiqədə Renaldo Sefas, 90+3-cü dəqiqədə Kadi Borqes adını tabloya yazdırıb.

Bu nəticədən sonra “ağ-qaralar” 17 xalla turnir cədvəlinin ikinci, eyni xala malik “köhlən atlar” isə üçüncü pilləsində qalıb.

Gununsesi.info