Tanınmış xanəndə Elnur Zeynalov “İncə Səhər” verilişində diqqətçəkən mövzulardan bəhs edib.
Gununsesi.info xəbər verir ki, Elnur Zeynalov qeyd edib ki, bəzi müğənillər sənətə başlayarkən başqalarını yamsılayırlar.
“Bu sənətə gələn hər kəs, kimliyindən asılı olmayaraq, əvvəlcə kimisə yamsılayaraq başlayıb. Amma bu, müəyyən müddət davam edə bilər. Əgər sənin öz yaradıcılığın varsa, yeni mahnılar oxumalısan. Fərq etməz, istər bəstəkar mahnısı, istərsə də xalq mahnısı olsun. Əsas odur ki, onu öz üslubuna uyğunlaşdırmalı, özünəməxsus şəkildə təqdim etməlisən. Kimisə yamsılamaqla uğur qazanmaq olmur. Hər bir musiqiçi hazırladığı mahnı üzərində özü işləməli, ona öz ruhunu verməlidir. Belə olduqda, fərqləndiyini də görürsən”.
Şəbnəm











