ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir

  • Müəllif: Orxan
  • 24 Oktyabr 2026 09:11

ABŞ administrasiyası husilərin hücumlarının davam etməsi fonunda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyinin bir qrup əməkdaşına və onların ailə üzvlərinə ölkəni tərk etmək göstərişi verib.

Gununsesi.info xəbər verir ki, AFP agentliyinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, qərar oktyabrın 22-də qəbul edilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər və Bəhreyndəki ABŞ səfirliklərinin əməkdaşlarının ailə üzvlərinə də analoji göstəriş verilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott qərarı təsdiqləyib.

Gununsesi.info