Jurnalist Azər Ayxan Ramiz Mehdiyevin Milli Məclisdə və hökumətdə tərəfdarlarının hələ də qaldığını iddia edən şəxsləri tənqid edib.
Gununsesi.info-nun xəbərinə görə, Azər Ayxanbu cür iddialar səsləndirən şəxslərin vaxtilə Mehdiyevlə görüşmək üçün onun qəbul otağına zəng etdiklərini, eləcə də ətrafındakı şəxslərdən tapşırıqlar aldıqlarını bildirib.
Jurnalist qeyd edib ki, həmin şəxslər əvvəllər Mehdiyevin yaxın çevrəsindən mesaj və tapşırıqlar aldıqlarını xüsusi olaraq vurğulayır, indi isə onun ətrafında qalan şəxslər barədə müzakirələr aparırlar.
Azər Ayxan fikirlərində həmin şəxslərin davranışlarını sərt ifadələrlə tənqid edib və onların özlərini yenidən gündəmə gətirməyə çalışdıqlarını iddia edib.
“Dövlət hər birinizi sizi doğan anadan yaxşı tanıyır”, – deyə jurnalist statusunda vurğulayıb.
Orxan











