DSMF-nin 2027-ci il gəlir və xərcləri açıqlandı

  • Müəllif: Firuzə
  • 04 Noyabr 2026 12:06

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 9 220 500 000,0 manat proqnozlaşdırılıb.

Gununesi.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərcləri 9 272 540 000,0 manat məbləğində olacaq. Dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə 52 040 000,0 manat yönəldiləcək.

Gununesi.info