ABŞ-ın ilk müsəlman senatoru ilə bağlı Azərbaycanda müzakirə “Biz belə ərəbin yanında olmalıyıq?”

  • Müəllif: Orxan
  • 04 Noyabr 2026 13:40

ABŞ-ın Miçiqan ştatında keçirilən Senat seçkilərində Demokrat Partiyasının namizədi Əbdül Əl-Səid qalib gəlib.

Gununsesi.info xəbər verir ki, bununla da o, ABŞ Senatına seçilən ilk müsəlman kimi tarixə düşüb.

Əl-Səidin qələbəsi Azərbaycanda da müzakirələrə səbəb olub.

Jurnalist Natiq Muxtarlı onun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyinə və açıqlamalarına diqqət çəkib.

Muxtarlının sözlərinə görə, Əl-Səid ermənilərə müsbət münasibət nümayiş etdirib, azərbaycanlılarla bağlı isə təhqiramiz ifadələr işlədib.

Jurnalist həmçinin siyasətçinin Donald Trampı Azərbaycana münasibətinə görə tənqid etdiyini qeyd edib.

Natiq Muxtarlı bu kontekstdə Azərbaycanın belə bir siyasətçiyə münasibətinin necə olmalı olduğu sualını gündəmə gətirib:

“Biz belə ərəbin yanında olmalıyıq?”

Qeyd edək ki, Əl-Səid oktyabrın 1-də Ermənistan Milli Komitəsinin Amerika bölməsinə verdiyi açıqlamada erməni icmasına dəstəyini ifadə edib və Tramp administrasiyasının Azərbaycana hərbi yardım siyasətini tənqid edib.

Elmar

Gununsesi.info