Ermənistan Baş naziri Nikol Paşinyan 9 nəfərin ölümü ilə nəticələnən qəzanı Rusiya ilə əlaqələndirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Baş nazir jurnalistlərin suallarını cavablandırarkən noyabrın 3-də Uşi kəndi yaxınlığında 9 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasına Rusiya dövlət nömrə nişanlı yük maşınının səbəb ola biləcəyinə eyham vurub.
“Qəzaya səbəb olduğu ehtimal edilən avtomobil başqa ölkədən gəlib”, – deyə o bildirib.










