Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasında təhsil müəssisələrinin üzərinə xüsusi məsuliyyət düşür.
Məktəblərdə Zəfər Gününə həsr olunan tədbirlər yalnız konsertlər, şeirlər və bayram çıxışları ilə məhdudlaşmamalıdır.
Bu tədbirlər uşaqlara tarixi bilik verməli, onlarda düşünmək, araşdırmaq və nəticə çıxarmaq bacarığı formalaşdırmalıdır.
Bu istiqamətdə bir sıra konkret addımlar atmaq olar.
İlk növbədə, ümumtəhsil məktəblərində mütəmadi olaraq Zəfər tarixinin öyrənilməsinə həsr olunan xüsusi maarifləndirici dərslər və müzakirələr təşkil edilməlidir.
Şagirdlərə 44 günlük Vətən müharibəsinin əsas hadisələri, tarixi səbəbləri, qəhrəmanları və nəticələri yaş səviyyələrinə uyğun, faktlara əsaslanan formada çatdırılmalıdır.
İkinci, məktəblərdə “Zəfər tarixini biz necə yaşadacağıq?” mövzusunda inşa və esse müsabiqələri keçirilməlidir. Şagirdlər öz düşüncələrini sərbəst ifadə etməli, Zəfərin onlar üçün nə demək olduğunu yazmalıdırlar.
Üçüncü, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları və hərbi jurnalistlərlə görüşlər təşkil olunmalıdır. Bu görüşlər gənclərin tarixi hadisələri birbaşa şahidlərin dilindən öyrənməsinə imkan yaradacaq.
Dördüncü, məktəblərdə Zəfər guşələri, fotoarxivlər, elektron tarix lövhələri və qəhrəmanların həyatına həsr olunan xüsusi guşələr yaradılmalıdır.
Beşinci, şagirdlərin işğaldan azad edilmiş ərazilərə, Şuşaya, Ağdama, Füzuliyə və digər tarixi məkanlara maarifləndirici səfərləri təşkil olunmalıdır. Çünki uşağın kitabda oxuduğu tarixlə öz gözləri ilə gördüyü tarix arasında böyük fərq var.
Elmar











