Ağdamda avtomobil aşıb, xəsarət alanlar var

  • Müəllif: Firuzə
  • 08 Noyabr 2026 23:20

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununesi.info  oxu.az-a istinadən xəbər verir ki, qəza rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununesi.info