Bakıda avtomobil qadın piyadanı vurub öldürdü

  • Müəllif: Orxan
  • 13 Noyabr 2026 09:56

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Gununsesi.info xəbər verir ki, hadisə axşam saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində qeydə alınıb.

Əsmər Məmmədova  idarə etdiyi “Kia Moning” markalı avtomobillə yolu keçən piyada Əlibəyova Məlahət Kamal qızını vurub. Qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Gununsesi.info