Boranı restoranının Neftçilər filialına tək gələn vətəndaşın içəri daxil olmasına icazə verilməyib.
Gununesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, restorana daxil olmaq istədikdə ona tək gələn şəxslərin içəri buraxılmadığı, bunun üçün bir neçə nəfərdən ibarət olması lazım olduğu deyilib.
Vətəndaşın sözlərinə görə, hətta iki nəfərin də restorana daxil olmasına icazə verilmədiyi bildirilib.
O, bu yanaşmanı istehlakçı hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.
Şəbnəm












