Vətəndaş Zabratda yerləşən Ayxan Ticarət Mərkəzinin üçüncü mərtəbəsində fəaliyyət göstərən İstanbul restoranından şikayətçidir.
Gununesi.info xəbər verir ki, vətəndaş sosial şəbəkədə paylaşım edərək restorandan sifariş etdiyi yeməklərin vəziyyətindən narazılığını bildirib.
Onun sözlərinə görə, sifariş verdikləri iki yeməkdən birinin salatından düyüyə qarışmış, kababdan qaldığı ehtimal edilən dişlənmiş lavaş parçası çıxıb.
Digər yeməyin içində isə düyü aşkarlanıb. O yeməyin tərkibinə uyğun olmayan bu düyünün başqa müştərinin süfrəsindən qaldığını və salata qarışdırılaraq onlara təqdim edildiyini ehtimal edib.
Vətəndaş restoranda qida təhlükəsizliyi və müştərilərə göstərilən xidmətlə bağlı narazılığını ifadə edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay












