Paytaxtda və rayonlarda çox sayda silah-sursat aşkarlandı

  • Müəllif: Firuzə
  • 26 Noyabr 2026 12:44

Noyabrın 25-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 35 odlu silah və 580 patron aşkar edilərək götürülüb.

Gununesi.info  xəbər verir ki, keçirilən əməliyyatlar zamanı 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və müxtəlif çaplı 580 patron aşkarlanıb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Gununesi.info