Şoyqu Tonoyanla sərhəddəki vəziyyəti müzakirə etdi

  • Müəllif: admin
  • 23 Avqust 2020 20:22

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı David Tonoyanla görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskvada baş tutan görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.

Bundan əlavə, nazirlər ikitərəfli hərbi əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Gununsesi.info