Belarusda virusa yoluxanların sayı 70 mini ötüb

  • Müəllif: admin
  • 23 Avqust 2020 19:35

Belarusda koronavirusa yoluxanların sayı 70 min 468 nəfərə çatıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyədək 68 min 839 pasiyent sağalaraq evə buraxılıb, 642 nəfər dünyasını dəyişib.

Ölkə üzrə aparılan testlərin sayı 1 milyon 474 min 075-ə yüksəlib.

Gununsesi.info