Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı David Tonoyanla görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Moskvada baş tutan görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub.
Bundan əlavə, nazirlər ikitərəfli hərbi əməkdaşlıq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Gununsesi.info











