İranın müdafiə nazirinin müavini Azərbaycana gəldi

  • Müəllif: admin
  • 06 Sentyabr 2022 13:15

İranın müdafiə nazirinin müavini admiral Əmir Rasteqari Azərbaycana üçgünlük səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

İranlı admiralın səfər çərçivəsində “ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Gununsesi.info