Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Esaad Həsən Şeybani deyib:
“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir”
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,
Şeybani X hesabındakı paylaşımında İranı Suriya xalqının iradəsi, suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə dəvət edib.
Nazir Şeybani deyib:
“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinsin və son bəyanatlarının nəticələrinə görə onların məsuliyyət daşısın”
Orxan Saffari











