Yanvarın 30-da imtahan var!

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

Bu barədə Gununsesi.infoya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentiyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

 

 

 

Gununsesi.info