Xoşqədəm Hidayətqızına ağır itki - FOTO

  • Müəllif: Günel
  • 07 İyun 2025 08:05
Xoşqədəm Hidayətqızına ağır itki üz verib.

Gununsesi.info xəbər verir ki, Əməkdar jurnalist, “Üç nöqtə” qezetinin baş redaktoru, “Səni Axtarıram” layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası bu gün səhər saatlarında rəhmətə gedib.

Qeyd edək ki, onun atası  5 il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Gununsesi.info