Biləsuvarda avtomobil yolları əsaslı təmir olunacaq

  • Müəllif: Günel
  • 21 İyul 2025 19:56

Biləsuvar şəhəri ərazisində avtomobil yolları büdcə vəsaiti hesabına əsaslı təmir ediləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyəti açıq tender elan edib.

Tenderin ehtimal olunan qiyməti 572 min 48 manatdır.

Qeyd edək ki, təchizatçılar təkliflərini təqdim etmək üçün 450 manat iştirak haqqı ödəməlidirlər.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi avqustun 12-nə təyin olunub.

Gununsesi.info