Amerikalı aktyor və restler Halk Hoqan vəfat edib - FOTO

  • Müəllif: Günel
  • 24 İyul 2025 21:36

Amerikalı aktyor və restler Halk Hoqan vəfat edib.

Gununsesi.info bu barədə TMZ-yə istinadla xəbər verir.

Nəşr həkimlərə istinadla yazır ki, 71 yaşlı Hoqanın ürəyi dayanıb.

Əsl adı Terri Bollea olan Halk Hoqan karyerasına 1977-ci ildə başlayıb və 30 ildən çox ABŞ-də restlinqin əsas ulduzlarından biri olub.

O, eyni zamanda Hollivud filmlərində də rol alıb. Aktyor qismində ilk rolunu 1982-ci ildə “Rokki 3” filmində oynayıb.

Amerikalı aktyor və restler Halk Hoqan vəfat edib