Tailand-Kamboca qarşıdurmasında ölənlərin sayı artdı

  • Müəllif: Orxan
  • 25 İyul 2025 11:05

Xəbər verdiyimiz kimi, Tailandla Kamboca qoşunları arasında sərhədin mübahisəli hissəsində toqquşma baş verib.

Gununsesi.info-nun xarici KİV-ə istinadən məlumatına görə, sərhəddə baş verən silahlı toqquşmalar zamanı Tailand tərəfindən azı 14 mülki şəxs və 1 hərbçi həlak olub, 46 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Surin əyalətində 5 nəfər, Sisaket əyalətində isə biri hərbçi olmaqla 9 nəfər həyatını itirib. Ubonratçathani əyalətində isə bir yerli sakin ölüb.

Kambocada ölən və xəsarət alanlarla bağlı isə məlumat yoxdur.

Qeyd edək ki, ötən gün 12 nəfərin həlak olduğu deyilirdi.

Gununsesi.info