Hakan Fidan Ceyhun Bayramovla telefon danışığı apardı - FOTO

  • By Günel
  • 25 İyul 2025 20:04

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Danışıq zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları müzakirə olunub.

Tərəflər bölgədəki son vəziyyət və sülh prosesinin gedişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Gununsesi.info