Bakı metrosu ötən ay 16 milyon sərnişin daşıyıb

  • Müəllif: Firuzə
  • 07 Avqust 2025 12:36

Bu ilin iyul ayında “Bakı Metropoliteni” QSC 16 milyon sərnişinə xidmət göstərib.

Gununsesi.info xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata əsasən, ötən ay üzrə ən çox sərnişin iyulun 1-də daşınıb (643 756 nəfər). İyulun 20-si isə 336 702 sərnişinlə ən sakit gün olub.

Gununsesi.info