Neftçalada mindən çox abonentin qaz təchizatında fasilə yaranacaq

  • Müəllif: Firuzə
  • 21 Avqust 2025 14:05

Neftçalada 1 126 abonentin qaz təchizatında fasilə yaranacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilir ki, rayonun Surra kəndində Dş150 mm-lik siyirtmənin yenilənməsi məqsədi ilə əlaqədar, sabah saat 10:30-dan etibarən işlər yekunlaşanadək yaşayış məntəqəsində ümumi 1 126 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

 

Gununsesi.info