AZAL-ın Müşahidə Şurasının tərkibi dəyişib

  • Müəllif: Firuzə
  • 22 Avqust 2025 12:13

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.

Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.

 

Gununsesi.info