İbad Hüseynov Gürcüstanda saxlanıldı

  • Müəllif: Orxan
  • 23 Oktyabr 2026 11:39

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstana səfəri zamanı hava limanında saxlanıldığını və əvvəlcə ölkəyə buraxılmadığını bildirib.

Gununsesi.info xəbər verir ki, İbad Hüseynovun sözlərinə görə, saat 10:40-da çatdığı hava limanında saat 16:00-dək gözlədilib.

O, bu müddətdə ac və susuz qaldığını, həmçinin ona Gürcüstanda qalmasının problem yarada biləcəyinin və Azərbaycana qayıtmasının daha məqsədəuyğun olduğunun deyildiyini bildirib.

Məsələyə Azərbaycanın Gürcüstandakı səfirliyi müdaxilə edib. Səfir Faiq Quliyevin göstərişi ilə konsul Royal Paşayev hava limanına göndərilib.

Bundan sonra İbad Hüseynovun ölkəyə giriş məsələsi həll olunub. O, daha sonra səfirliyə gedərək Faiq Quliyevlə görüşüb.

Qeyd edək ki, oktyabrın 23-də Gürcüstanın Mtsxeta rayonunda “Vətənpərvərlik nümunəsi İbad Hüseynov – Azərbaycan-Gürcüstan dostluğu” adlı tədbirin keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info