ABŞ-də Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalandı

  • Müəllif: Firuzə
  • 28 May 2026 20:22

ABŞ-ın müxtəlif ştat və şəhərləri, o cümlədən Hyuston, Vaşinqton, Oyl Siti, Hallandeyl Biç, Mayami şəhərləri, Merilənd ştatı və Nyu-York Ştat Assambleyası 28 May-Azərbaycan Müstəqillik Gününü münasibətilə bəyannamə imzalayıblar.

Gununsesi.info  xəbər verir kii, sənədlərdə Azərbaycanın 1918-ci ildə Şərqdə və müsəlman dünyasında ilk demokratik parlament respublikası qurduğu bildirilib.

Qadınlara səsvermə hüququnun erkən verilməsi, demokratik dəyərlər və parlamentçilik ənənələri xüsusi qeyd olunub.

Həmçinin bəyannamələrdə ABŞ ilə Azərbaycan arasında diplomatik, strateji, enerji, mədəni və təhsil sahələrində əməkdaşlıq, ABŞ-da yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə verdiyi töhfələr vurğulanıb.

Gununsesi.info