ABŞ-da sərnişin təyyarəsi alovlanaraq parçalandı

  • By admin
  • 19 Oktyabr 2021 22:02

ABŞ-ın Texas ştatında “McDonnell Douglas DC 9-87” markalı sərnişin təyyarəsi havaya qalxmaq istəyərkən uçuş zolağının sonunda qəzaya uğrayıb. 

Gununsesi. info xarici mediaya istinadən xəbər verir ki, təyyarə alovlanaraq hissələrə parçalanıb. Onun göyərtəsində 21 nəfər olub. Qəza nəticəsində ölən olmasa da, 1 nəfər xəsarət alıb.

Sərnişinlər təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.

Gununsesi. info