“ABŞ və İran arasında anlaşma memorandumunun ən maraqlı bəndi, ABŞ-nın öz regional tərəfdaşları ilə birlikdə İran İslam Respublikasının bərpası və iqtisadi inkişafı üçün hərtərəfli planın hazırlanmasını öz öhdəsinə götürməsi və bununla da İran iqtisadiyyatına ən azı 300 milyard dollar məbləğində maliyyə vəsaitinin cəlb edilməsinin təmin edilməsi perspektividir”.
Gununsesi.info bildirir ki, bunu iqtisadçi Qaşqay İsmayıl deyib:

“Maraqlıdır ona görə ki, uzun illər ABŞ Demokratlar Partiyasına yaxın bir çox siyasətçilər hesab ediblər ki, ABŞ İranla qarşıdurma siyasətindən imtina edib onu Yaxın Şərqdə strateji tərəfdaş kimi qəbul etməlidir və əsas regional tərəfdaş kimi İsrailə arxalanmaq əvəzinə, İranla münasibətləri normallaşdırmaqla onu regional təhlükəsizlik sisteminə inteqrasiya etmək ABŞ üçün daha sərfəlidir
Anlaşma memorandumunda ən əhəmiyyətli məqam da məhz ondan ibarətdir ki, artıq ABŞ-nin İranla qarşıdurma siyasətindən imtina edib İranla əməkdaşlıq kursuna üstünlük verməsi ehtimalı realıığa çevrilmək üzrədir
Məncə İsraili də əhəmiyyətli dərəcədə narahat edən və hətta isterikaya salan faktor da məhz bu faktordur”.
Günay









