iyulun 13-dən 14-nə keçən gecə İrana hava zərbələri endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Əməliyyat zamanı CENTCOM İranın sahil müdafiə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarına və dəniz infrastrukturuna qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.
Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi yerləşdirilib. CENTCOM bildirib ki, Amerika qüvvələri yüksək döyüş hazırlığı səviyyəsini qoruyur və təyin olunmuş tapşırıqları yerinə yetirməyə hazırdır.
Məlumata görə, hava zərbə dalğası başa çatıb.











