ABŞ İsrailə yüksək dəqiqliyə malik silahlar satacaq

  • By admin
  • 17 May 2021 17:23

ABŞ prezidenti Co Bayden rəhbərliyi Yaxın Şərqdə artan qarşıdurma fonunda ABŞ- ın İsrailə 735 milyon dollar dəyərində silah satışını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə  “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ Konqresinə 5 mayda, yəni  İsrail-Fələstin mübahisəsi başlamazdan təxminən bir həftə əvvəl yaxınlaşan razılaşma barədə rəsmi qərar verib. İsrailə satılacaq silahların yüksək dəqiqliyə malik olacağı bildirilir.