ABŞ rəhbərliyinin Kiyevə gizli səfərinin detalları

  • By admin
  • 25 Aprel 2022 11:33

“ABŞ dövlət katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri təhlükəsizlik səbəbindən elan edilməyib. Rəsmilər Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüblər. Görüş çox məhsuldar keçdi. Nəticələri elan edəcəyik”.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ukraynakaya Pravda” Prezident Aparatındakı mənbələrə istinadən yazıb.

Blinken və Ostinin səfəri Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri Amerika rəsmilərinin Ukraynaya ilk səfəridir. Həmçinin, bu səfər ABŞ-ın bir çox Avropa ölkələrindən fərqli olaraq hələ də öz səfirliyini Kiyevə qaytarmaması fonunda mühüm əhəmiyyət kəsb edir.

“Reuters”in məlumatına görə, Blinken və Ostin Kiyevə səfəri zamanı Vladimir Zelenskiyə amerikalı diplomatların gələn həftə Ukraynaya qayıda biləcəyini deyiblər. Bundan əlavə, “Associated Press”in yazdığına görə, rəsmilər Kiyevdə Ukraynaya və daha 15 ölkəyə hərbi ehtiyaclar üçün 713 milyon dollar ayrıldığını elan ediblər.

Gununsesi.info