ABŞ Səfirliyi köhnə əşyalarını satışa çıxardı

  • Müəllif: Firuzə
  • 04 Sentyabr 2025 13:47

ABŞ-nin Bakıdakı Səfirliyi istifadə edilmiş əşyalarını hərraca çıxarıb.

Gununsesi.info Səfirliyə istinadən xəbər verir ki, istifadə edilmiş kompüter/telekommunikasiya avadanlıqları, ofis mebeli, avtomobil və müxtəlif əşyalar üzrə internet üzərindən (onlayn) hərrac keçiriləcək.

Hərrac sentyabrın 8-i saat 10:00-da başlayacaq və sentyabrın 10-u saat 12:00-da bağlanacaq.

Qaydalar və şəkillərlə tanış olmaq üçün qeydiyyatdan keçmək tələb olunur.

 

Gununsesi.info