Abşeronda yol qəzası olub: - Xəsarət alan var

  • By Günel
  • 16 Yanvar 2025 08:05

Abşeron rayonunda 33 yaşlı kişi yol qəzasında xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Dadaşov Qalib Vaqif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Gununsesi.info