Adını dəyişən pedofil pul müqabilində uşağa…

  • By admin
  • 04 Avqust 2020 09:30

Adını dəyişən pedofil yoldan çıxardığı uşağa pul müqabilində bədənini masaj etdirirmiş.

Gununsesi.info xəbər verir ki, Lenta.ru-nun məlumatına görə, qorxunc hadisə Moskvada yaşanıb.

Məlumata görə, Rusiya paytaxtında meşə zolağının yaxınlığında park edilmiş avtomobil polisin diqqətini cəlb edib. Onlar maşına yaxınlaşdıqda isə arxa oturacaqda kişi və yeniyetmə oğlan görüblər. Hüquq mühafizəçilərin burada nə iş görüdkləri barədə sualına cavab tapmayan ikili polis məntəqəsinə aparılıb.

Şöbədə məktəbli oğlan etiraf edib ki, ötən ilin noyabrından 30 yaşlı kişi ilə ünsiyyətdədir. Onlar sosial şəbəkədə tanış olublar, tezliklə taksi sürücüsü onu görüşə çağırıb.

Elə ilk görüşdə sürücü yeniyetmədən pul müqabilində öz bədənini bütünlüklə masaj etməsini istəyib. Sonradan bu görüşlər mütəmadi xarakter almağa başlayıb.

Bundan başqa, taksi sürücüsü pul müqabilində uşağın intim fotolarını alıb.

Yeniyetmə bu müddətdə kişini daha iki məktəbli ilə tanış etməyə imkan tapdığını etiraf edib.

Polis araşdırmalara başlayıb, taksi sürücüsünün digər uşaqlarla hansı əlaqədə olduğunu araşdırır.

O da vurğulanıb ki, şübhəli 2008-ci ildə analoji cinayətə görə bir dəfə məhkumluq həyatı yaşayıb. Azadlığa çıxdıqdan sonra isə adını və soyadını dəyişib.

Gununsesi.info