Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq

  • Müəllif: Firuzə
  • 13 Mart 2026 19:59

Dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və (və ya) aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının (aeroportların) və (və ya) aerodromların inşası torpağın alınmasına əsas verən dövlət ehtiyacları sırasına daxil edilib.

Gununsesi.info  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

Mülki Məcəlləyə də müvafiq dəyişiklik edilib.

Gununsesi.info