Ağ Evin aparat rəhbəri və Baydenin xüsusi elçisi vəzifələrini tərk edəcəklər

  • By ilhame
  • 14 Yanvar 2024 09:28

ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri bu qış vəzifəsini tərk edəcək və Cozef Baydenə seçki kampaniyasında kömək edəcək.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Axios” mənbəyə istinadən xəbər verib.

 

Qeyd olunub ki, o, hazırda Ağ Evin aparat rəhbəri Ceff Zayents ilə yaxın aylarda – yaza qədər vəzifəsini tərk etmək üzərində işləyir.

 

80 yaşlı Kerri hesab edir ki, Baydenin yenidən dövlət başçısı seçilməsi həm ölkədə, həm də dünyada iqlim məsələlərində irəliləyiş üçün ən vacib addım olacaq.

 

Kerri keçmiş dövlət katibi və Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədridir. O, 2004-cü ildə Demokratların prezidentliyə namizədi olub, lakin Corc Buşa uduzub.

 

Gununsesi.info