Rusiya ordusunun Ukraynanın Krivoy Roq şəhərində ticarət mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, avqustun 21-də baş verən zərbə nəticəsində daha 9 nəfər, o cümlədən 2 uşaq itkin düşmüş hesab olunur.
Hücum nəticəsində ümumilikdə 130 nəfərin yaralandığı bildirilir.
Hazırda zərbənin baş verdiyi ərazidə dağıntıların təmizlənməsi və itkin düşən şəxslərin axtarışı davam etdirilir. Xilasedicilər dağıntılar altında başqa insanların olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.












