Narkotik cinayəti törədənlərin böyük hissəsi bu yaşdadır

  • Müəllif: Orxan
  • 22 Avqust 2026 10:31

2026-cı ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş şəxslərin 42,2 faizini 25-29 yaşlı şəxslər təşkil edib.

Gununsesi.info-nun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, narkotiklərlə bağlı cinayət törətmiş şəxslərin 35,9 faizi 18-24, 18,6 faizi 14-17, 3,3 faizi isə 30 və yuxarı yaşda olan şəxslərdir.

Qeyd edək ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2011 inzibati xəta qeydə alınıb.

Gununsesi.info