Ağstafada baş verən avtoqəzada xəsarət alanların vəziyyəti açıqlandı

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Gununsesi.info -nun oxu.az-a istinadən məlumatına görə, Ağstafa və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə məlumatında bildirilib ki, martın 21-də saat 05:20-də Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin travması və sınığı diaqnozları ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

“Pasiyentlərin hər birinə ilkin tibbi xidmət göstərilib, daha sonra hər ikisi Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Qazax Rayon Mərkəzi Xəstəxanasında bir saat müşahidə altında saxlandıqdan sonra Gəncədə yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunublar”, – deyə məlumatda bildirilir.