Aİ-də meymunçiçəyinə qarşı peyvənd təsdiqləndi

  • By admin
  • 23 İyul 2022 09:26

Avropa Dərman Agentliyi (EMA) böyükləri meymunçiçəyindən qorumaq üçün “Imvanex” peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.

Bu barədə Avropa İttifaqı (Aİ) tənzimləyicisinin cümə günü yaydığı press-relizdə deyilir.

Dərman hələ 2013-cü ildə Aİ-də çiçək xəstəliyinin qarşısının alınması üçün tətbiq olunub. Onun tərkibində inəkçiçəyinin zəifləmiş forması var.

Bildirilir ki, yeni tövsiyələr əsasında yaxın vaxtlarda preparatın istifadəsinə dair təlimatlara zəruri dəyişikliklər ediləcək.

Gununsesi.info