Aİ İranın Əxlaq polisinə sanksiya tətbiq etdi

Avropa İttifaqı İranın 11 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə məlumat Aİ-nin Rəsmi jurnalında yer alıb.

Sanksiya siyahısına daxil edilənlər sırasında İranın Əxlaq polisi və onun rəhbəri də var.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib.