Türkiyə gəmisi dron hücumuna məruz qaldı — FOTOLAR

  • Müəllif: Firuzə
  • 07 Avqust 2026 23:26
Rusiyanın Novorossiysk limanı sahillərində Türkiyə bayrağı altında üzən “MV Güllük” yük gəmisi dron hücumuna məruz qalıb.

Gununsesi.info  xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, gəmiyə ziyan dəyib.

Məlumata görə, dron gəmi Taman istiqamətində hərəkət edərkən heyətin qaldığı yaşayış bölməsinə zərbə vurub.bHadisədən sonra gəmi tam baxış keçirilməsi üçün İstanbula yola düşüb.

Məlumat üçün bildirək ki, 2002-ci ildə inşa edilən “MV Güllük” gəmisi beynəlxalq yükdaşımaları həyata keçirir.(qafqazinfo)



Gununsesi.info